Çempionlar Liqası: 1/4 final mərhələsinə start verilir
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Minval.info xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Bir görüşdən ibarət olacaq 1/4 finalın ilk matçında PSJ səfərdə İtaliya “Atalanta”sının qonağı olacaq.
Qarşılaşma Portuqaliyanın Lissabon şəhərindəki “Estadio da Luş” stadionunda gerçəkləşəcək. Görüşün baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Qalib komanda yarımfinalda Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq.
Çempionlar Liqası, 1/4 final
23:00. “Atalanta” (İtaliya) – PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Portuqaiya, Lissabon. “Estadio da Luş” stadionu
XƏBƏR LENTİ
2025/11/19 14:22

