Çempionlar Liqası: 1/4 finala vəsiqə qazanan son 2 komanda müəyyənləşib – VİDEO

Minval.info // Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son 2 cavab görüşü keçirilib.

“Report”un məlumatına görə, İspaniyada “Barselona” Fransa “Lion”unu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:1. Hesabı 18-ci dəqiqədə Lionel Messi açıb. O, penaltini dəqiq yerinə yetirib. 31-ci dəqiqədə isə Filippe Koutinyo ikinci qolu vurub. 58-ci dəqiqədə Lüka Tuzar fərqi azaltsa da, oyunun sonlarına doğru meydan sahibləri daha 3 qol vurublar. 78-ci dəqiqədə Messi “dubl” edib. 81-ci dəqiqədə Jerar Pike, 86-cı dəqiqədə isə Usman Dembele fərqlənərək, oyunun yekun nəticəsini müəyyənləşdiriblər.

İlk görüş qolsuz yekunlaşdığı üçün Kataloniya komandası mərhələ adlayıb. “Barsa” həm də 1/8 final səddini keçən yeganə İspaniya təmsilçisi olub. PSJ-dən sonra “Lion”un da mübarizəni dayandırmasından sonra Fransa 1/4 finalda təmsilçisiz qalıb.

Almaniya da 1/8 finalda hər iki komandasını itirib. “Mançester Siti” önündə boyun əyən “Şalke”nin ardından “Bavariya” da İngiltərənin daha bir təmsilçisi “Liverpul”la bacarmayıb. İlk görüşdə səfərdə qolsuz heç-heçə etmiş Münhen komandası ev oyununda uduzub – 1:3. Fasiləyədək tərəflər hərəyə bir dəfə fərqləniblər. Qonaqlardan Sadio Mane 26-cı dəqiqədə hesabı açıb. 39-cu dəqiqədə isə onun komanda yoldaşı Joel Matip topu öz qapısına göndərib. İkinci hissədə “Liverpul” daha 2 qol vurub. 69-cu dəqiqədə Vircil van Deyk qonaqları önə çıxarıb. Son nöqtəni isə 84-cü dəqiqədə Mane qoyub.

Beləliklə, 1/4 finala vəsiqə qazanan komandaların yarısı İngiltərə təmsilçiləri olub. Daha əvvəl bu ölkədən “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem” də 1/8 final səddini keçib. Digər vəsiqələrə İtaliyanın “Yuventus”, Hollandiyanın “Ayaks” və Portuqaliyanın “Portu” komandaları yiyələnib.

1/4 final, yarımfinal və final mərhələlərinin püşkatma mərasimi martın 15-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Oyunlar isə 9-10 aprel və 16-17 apreldə olacaq.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

13 mart

24:00. “Barselona” (İspaniya) – “Lion” (Fransa) – 5:1

Qollar: Lionel Messi, 16 (pen.); 78; Filippe Koutinyo, 31; Jerar Pike, 81. Usman Dembele, 86 – Lüka Tuzar, 58

Baş hakim: Şimon Martsinyak (Polşa)

“Kamp Nou” stadionu

İlk oyun – 0:0

24:00. “Bavariya” (Almaniya) – “Liverpul” (İngiltərə) – 1:3

Qollar: Joel Matip, 39 (öz qapısına) – Sadio Mane, 26; 84. Vircil van Deyk, 69

Baş hakim: Lorentso Manqanelli (İtaliya)

“Münhen Arena”

İlk oyun – 0:0.

İdman

Nəşr edilib: 2019/03/14 8:35

Baxış: 585


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06