Çempionlar Liqası: “Atletiko” inamlı, “Mançester Siti” əzmkar qələbə qazanıb – VİDEO

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

“Report”un məlumatına görə, son 2 matç İspaniya və Almaniyada keçirilib.

Final oyununun təşkil olunacağı Madriddəki “Metropolitano”stadionunda “Atletiko” və İtaliyanın “Yuventus” klubları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 78-ci dəqiqədə Xose Maria Ximenes, 83-cü dəqiqədə isə Dieqo Qodinvurub.

“Şalke” isə İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb – 3:2. Hesabı 18-ci dəqiqədə “şəhərlilər”in ən məhsuldar hücumçusu Serxio Aqüero 18-ci dəqiqədə açıb. Meydan sahibləri bu qola fasiləyədək Nabil Bentalebin 38 və 45-ci dəqiqələrdə penaltidən vurduğu qollarla cavab veriblər. 68-ci dəqiqədə “Mançester Siti”nin futbolçusu Nikolas Otamendi qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Bununla belə, İngiltərə təmsilçisi Leroy Sanenin 86-cı, Rahim Sterlinqin isə 90-cı dəqiqədə vurduğu qollarla qələbəyə nail olub.

Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki ilk oyunlarında “Roma” İtaliyada Portuqaliya “Portu”suna 2:1, “Tottenhem” İngiltərədə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 3:0 hesabı ilə qalib gəlib. Fransa PSJ-si İngiltərədə “Mançester Yunayted”i 2:0, İspaniya “Real Madrid”i Hollandiyada “Ayaks”ı 2:1 hesabı ilə yenib. “Liverpul” (İngiltərə) – “Bavariya” (Almaniya) və “Lion” (Fransa) – “Barselona” (İspaniya) görüşləri isə qolsuz yekunlaşıb. Cavab görüşləri 12-13 və 19-20 martda keçiriləcək.

İdman

Nəşr edilib: 2019/02/21 8:56

Baxış: 366


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06