Çempionlar Liqası: “Barselona” “Roma”nı, “Liverpul” isə “Mançester Siti”ni darmadağın etdi – VİDEO
Dünən futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Minval.info-nun məlumatına görə, İspaniyada “Barselona” İtaliyanın “Roma” klubu ilə qarşılaşıb. Kataloniya təmsilsiçi böyük hesabla qələbə qazanmağı bacarıb. “Barsa” rəqibini 4:1 hesabı ilə məğlub edib.
Günün digər oyununda isə ingilislər üz-üzə gəlib. “Liverpul” doğma azarkeşlər önündə “Mançester Siti”ni qəbul edib. Meydan sahibləri 3 cavabsız topla rəqibini məğlub edib.
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçları 10-11 aprel tarixlərində keçiriləcək.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

