Çempionlar Liqası: Daha 4 komanda pley-offa vəsiqəni təmin edə bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

Minval.info-nun məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Matçlar Bakı vaxtı ilə saat 21:45-də və saat 00:00-da başlayacaq.

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş Almaniya “Bavariya”sı Ukraynada Kiyev “Dinamo”sunun qonağı olacaq. “Barselona” isə İspaniyada Portuqaliyanın “Benfika” klubunu qəbul edəcək. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaq.

F qrupunda İngiltərə “Mançester Yunayted”i İspaniyada “Vilyarreal”la qarşılaşacaq. Qrupun digər matçında İtaliya “Atalanta”sı İsveçrədə “Yanq Boyz”u sınağa çəkəcək. Qonaqlar bu qarşılaşmada xal itirərsə, “Vilyarreal” – “Mançester Yunayted” görüşünün qalibi sona 1 tur qalmış adını növbəti raunda yazdıracaq.

G qrupunun lideri Avstriya “Zaltsburq”u Fransada “Lill” komandası ilə üz-üzə gələcək. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcək. İspaniya “Sevilya”sı isə evdə Almaniya “Volfsburq”u ilə münasibətlərinə aydınlıq gətirəcək. La Liqa təmsilçisi qrupdan çıxma şanslarını saxlamaq üçün uduzmamalıdır.

H qrupunda İtaliya “Yuventus”undan sonra İngiltərənin “Çelsi” komandası da pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalıdır. Qrupun digər oyununda Rusiya “Zenit”i İsveçdə “Malmö” ilə qarşılaşacaq. Sankt-Peterburq klubu qələbə qazanacağı halda, meydan sahiblərinin qrupda qalması rəsmiləşəcək. Qonaqlar isə ən pis halda Avropa Liqasının pley-offunda mübarizə aparmaq hüququ qazanacaq.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

21:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Bavariya” (Almaniya)

00:00. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya)

Xal durumu: “Bavariya” – 12, “Barselona” – 6, “Benfika” – 4, “Dinamo” – 1.

F qrupu

21:45. “Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

00:00. “Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya)

Xal durumu: “Mançester Yunayted” – 7, “Vilyarreal” – 7, “Atalanta” – 5, “Yanq Boyz” – 3.

G qrupu

00:00. “Lill” (Fransa) – “Zaltsburq” (Avstriya)

00:00. “Sevilya” (İspaniya) – “Volfsburq” (Almaniya)

Xal durumu: “Zaltsburq” – 7, “Lill” – 5, “Volfsburq” – 5, “Sevilya” – 3.

H qrupu

00:00. “Malmö” (İsveç) – “Zenit” (Rusiya)

00:00. “Çelsi” (İngiltərə) – “Yuventus” (İtaliya)

Xal durumu: “Yuventus” – 12, “Çelsi” – 9, “Zenit” – 3, “Malmö” – 0.

Qeyd edək ki, hələlik “Bavariya” və “Yuventus”la yanaşı, İngiltərənin “Liverpul” və Niderlandın “Ayaks” klublarının da pley-offa adlaması dəqiqləşib.

İdman

Nəşr edilib: 2021/11/23 10:45

Baxış: 48


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06