Çempionlar Liqası: “Liverpul”, “Napoli”, “Valensiya” və “Borussiya Dortmund” 1/8 finalda
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində son turun bir sıra oyunları keçirilib.
Minval.info bildirir ki, İngiltərənin “Liverpul” klubu Avstriyanın “Zalsburq” klubunun qonağı olub.
Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun son oyunundan sonra “Liverpul” qrupda 13 xalla birinci yerdə qərarlaşaraq 1/8 finala vəsiqə qazanıb. “Zalsburq” klubu isə 7 xalla qrupda 3-cü yerdə qərarlaşıb və UEFA Avropa Liqasının 1/16 finalına yollanıb.
Qrupun digər oyunu İtaliyanın “Napoli” klubu və Belçikanın “Genk” klubu arasında baş tutub. Oyun “Napoli”nin 4:0 hesablı qələbəsi ilə yükunlaşıb. “Napoli” qrupda 12 xal toplayaraq ikinci yerdə qərarlaşıb və 1/8 finala vəsiqə qazanıb.
Oyunlarda qeydə alınan nəticələri təqdim edirik:
10 dekabr
E qrupu
21:55. “Napoli” (İtaliya) – “Genk” (Belçika) – 4:0
Qollar: Milik, 3, 26, 38-pen, Mertens, 75-pen
21:55. “Zalsburq” (Avstriya) – “Liverpul” (İngiltərə) – 0:2
Qollar: Keyta, 57, Salah, 58
| 1. | Liverpul | 6 | 4 | 1 | 1 | 13:8 | 13 |
| 2. | Napoli | 6 | 3 | 3 | 0 | 11:4 | 12 |
| 3. | Zalsburq | 6 | 2 | 1 | 3 | 16:13 | 7 |
| 4. | Genk | 6 | 0 | 1 | 5 | 5:20 | 1 |
F qrupu00:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya) – 1:2
Qollar: Peres, 23 (0:1), Lukaku, 44 (1:1), Fati, 87 (1:2)
00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Slaviya” (Praqa, Çexiya) – 2:1
Qollar: Sanço, 10 (1:0), Souçek, 43 (1:1), Brandt, 61 (2:1)
| 1. | Barselona | 6 | 4 | 2 | 0 | 9:4 | 14 |
| 2. | Borussiya Dortmund | 6 | 3 | 1 | 2 | 8:8 | 10 |
| 3. | İnter | 6 | 2 | 1 | 3 | 10:9 | 7 |
| 4. | Slaviya Praqa | 6 | 0 | 2 | 4 | 4:10 | 2
|
G qrupu
00:00. “Lion” (Fransa) – “Leyptsiq” (Almaniya) – 2:2
Qollar: Forsberq, 9-pen (0:1), Verner, 33-pen (0:2), Aouar, 50 (1:2), Depay, 82 (2:2)
00:00. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) – 3:0
Qollar: Servi, 47, Pizzi-pen, 58, Azmun, 79-avtoqol
| 1. | Leyptsiq | 6 | 3 | 2 | 1 | 10:8 | 11 |
| 2. | Lion | 6 | 2 | 2 | 2 | 9:8 | 8 |
| 3. | Benfika | 6 | 2 | 1 | 3 | 10:11 | 7 |
| 4. | Zenit | 6 | 2 | 1 | 3 | 7:9 | 7 |
H qrupu
00:00. “Çelsi” (İngiltərə) – “Lill” (Fransa) – 2:1
Qollar: Abraham, 19 (1:0), Aspiliketa, 35 (2:0), Remi, 78 (2:1)
00:00. “Ayaks” (Hollandiya) – “Valensiya” (İspaniya) – 0:1
Qol: Rodriqo, 24
| 1. | Valensiya | 6 | 3 | 2 | 1 | 9:7 | 11 | |
| 2. | Çelsi | 6 | 3 | 2 | 1 | 11:9 | 11 | |
| 3. | Ayaks | 6 | 3 | 1 | 2 | 12:6 | 10 | |
| 4. | Lill | 6 | 0 | 1 | 5 | 4:14 | 1 |
Beləliklə, “Napoli”, “Liverpul”, “Valensiya”, “Çelsi”, “Barselona”, “Borussiya Dortmund”, “Leypsiq” və “Lion” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəliblər.
“Salzburq”, “İnter”, “Benfika” və “Ayaks” isə Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıblar.

