Çempionlar Liqası matçlarının vaxtı dəyişdi
Bu gün saat 04:00-da dünyanın əksər ölkələrində saatlar 1 saat geri çəkilib.
Azərbaycan saat çəkilməsindən imtina etdiyindən ölkəmizdə bu baş verməyib. Minval.info goal.az-a istinadən xəbər verir ki, nəticədə başqa ölkələrdəki saat dəyişikliyi dünyanın idman meydanlarında keçirilən yarışların ölkəmizdə başlama saatına təsir göstərib. Artıq tamaşaçılar beynəlxalq yarışları 1 saat daha tez izləyəcəklər.
Ölkəmizdə yayımlanan olan Çempionlar Liqası, Avropa Liqası və digər 4 çempionatın oyunları da yeni vaxtla başlayacaq. Məsələn, ÇL-in görüşlərini saat 23:45-dən deyil, 22:45-dən izləmək mümkün olacaq.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

