Çempionlar Liqası: “Real Madrid”dən darmadağın, “Bavariya”dan isə… – VİDEO
Dünən axşam futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşləri keçirilib.
Minval.info-nun məlumatına görə, İtaliyada “Yuventus”la “Real Madrid” arasındakı qarşılaşma surpriz nəticə ilə yekunlaşıb. Kral klubu asanlıqla “Qoca Sinyora”nı “zərərsizləşdirməyi” bacarıb. Kriştiano Ronaldo iki qolla və bir məhsuldar ötürməsi ilə yadda qalıb.
İspaniyada isə “Sevilya” “Bavariya”nı qəbul edib. Almanlar rəqib meydanda minimal hesabla qalib gəlib.
Qeyd edək ki, bu gün İspaniyada “Barselona” İtaliya “Roma”sını, İngiltərədə isə “Liverpul” “Mançester Siti”ni sınağa çəkəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

