Çempionlar Liqası: “Real” qarşısına keçəni əzir… (VİDEO)
Dünən futbol üzrə Çempionlar Liqasında növbəti yarımfinal qarşılaşması baş tutub.
Minval.info xəbər verir ki, Almaniyanın “Bavariya”sı doğma meydanda İspaniyanın “Real Madrid” komandasını qəbul edib. Almanlar oyuna fəal başlayıblar və nəticədə hesabı açmağa müvəffəq olublar.
Lakin bərabərlik qolunu vurmağa can atan “Kral” klubu fasiləyə yollanmağa az qalmış istəyinə nail olub. Qonaqlar meydan sahiblərini mərkəzdən başlamağa məcbur edib.
Almanların heyətində zədə səbəbindən məcburi dəyişiliklər təsirsiz ötüşməyib. İkinci hissədə madridlilər daha yaxşı oyun sərgiləyiblər. Nəticədə “Bavariya”nın müdafisindəki səhvdən sonra “Real” növbəti qolunu vurub.
Qeyd edək ki, “Real” Çempionlar Liqasında 150 qələbə qazanan ilk klub olub.
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) – 1:2
Qollar: Kimmix, 28 – Marselo, 44, Asensio, 57
Minval.info

