Çempionlar Liqasının növbəti hakim təyinatları bilindi
Çempionlar Liqasının 1/8 finalında avqustun 8-i keçiriləcək cavab oyunları üçün hakim təyinatları açıqlanıb.
Goal.az xəbər verir ki, “Barcelona” – “Napoli” görüşünü Cüneyt Çakır idarə edəcək. Ona həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Melter yerinə yetirəcək.
“Bayern Münich” – “Chelsea” matçının baş hakimi isə Ovidiu Alin Hateqan olacaq. Köməkçi hakimlər Oktavian Şovre, Sebastian Qeorqe, dördüncü hakim isə Sebastyan Koltesku təyin edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

