Ceyranbatan su anbarı yaxınlığında yanğının söndürülməsinə 2 helikopter cəlb edilib – FOTO, VİDEO
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.
Bu barədə “MİNVAL”a FHN-dən məlumat verilib.
Yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***11:44
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Bu barədə “minval”a FHN-dən məlumat verilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

