Çılpaq yatmağın 10 faydası – Yuxusuzluq, şəkər xəstəliyi, qan dövranı, cinsi fəaliyyət…
Amerika əhalisinin yalnız 8 faizi çılpaq yatır, Avropada isə bu göstərici daha yüksəkdir.
Azərbaycanda belə bir statistika olmasa da, heç bir paltar geyinmədən yatmağın insan orqanizminə böyük faydası var.
Minval.info elmi araşdırmalara əsasən, çilpaq yatmağın xeyirlərini təqdim edir:
- Yuxusuzluğa çarə
Avstraliyada aparılan tədqiqatlara görə, insanın yuxuya getməsi üçün bədən temperaturunun enməsi şərtdir. Qalın corab və pijama bədən temperaturunun aşağı düşməsini ləngidir. Yəni, paltarsız yatmaq yuxusuzluğun əlacı ola bilər.
- Arıqladır
Amerikada aparılmış təcrübədə, soyuq otaqda yatan kişilərdə daha çox kalori yandırdığı müşahidə edilib. Gecə bədən temperaturunun təbii yolla aşağı düşməsi kortizol hormonunun səviyyəsinə də təsir edir. Bu da iştahı ayaqüstü yeyilən keyfiyyətsiz ərzaqlara yox, sağlam qidalara tərəf tənzimləyir. Araşdırmalar çılpaq yatmağın bir neçə həftə içərisində bədəndəki artıq piyləri əritdiyini müəyyənləşdirib.
- Qocalma prosesini yavaşladır.
Yuxu yaşlanmanın qarşısını alan melontonin hormonunun ən çox ifraz edildiyi vaxtdır. Çılpaq yatmağın yuxu keyfiyyətini artırdığını nəzərə aldıqda, cavan qalmağa kömək etdiyini də demək mümkündür.
- Dəri xəstəliklərindən qoruyur
Paltarsız yatan zaman ayaq, qoltuq altı və genital bölgələrin hava alması göbələk və səpki xəstəliyinin qarşısını alır.
- Şəkər xəstəliyinin qarşısını alır
Soğuq otaqda yatmaq metobolizmanı sürətləndirir, qandakı şəkər miqdarını azaldır.
- Qan dövranı
Paltar bədəni sıxdığı üçün qan dövriyyəsini çətinləşdirir. Çılpaq yatmaq qan dövranını yaxşılaşdaraq, ürək-damar sisteminə və əzələlərə müsbət təsir göstərir.
- Cinsi fəaliyyəti artırır
Çılpaq yatan qadınların cinsi orqanı hava aldığı üçün bakteriya və göbələklərin çoxalmasının qarşısını alır. Kişilərin cinsi orqanı isə soyuq havada daha keyfiyyətli sperma istehsal edir.
- Özünə inamı artırır.
İnsanın çılpaq bədəni ilə barışıq olması onun özünə inamını artırır. Mərkəzi Florida Universitetində aparılan araşdırmaya görə, nüdizmə meyilli gənclər cəmiyyətdə özünü daha yaxşı ifadə edə bilir və kimlərəsə qərəzli münasibət bəsləməyə meyilli olmurlar.
Minval.İnfo


