Çimərlik geyimində şəkil paylaşan teleaparıcıdan sərt sözlər: Qeyrətdən, namusdan danışanlar…
Çimərlik geyimində paylaşdığı video ilə gündəmə gələn teleaparıcı Humay Muxtarova barəsində danışanlara sərt sözlər deyib.
Minval.info xəbər verir ki, aparıcı şəxsi “instaqram” hesabından onun haqqında danışanlara cavab verib. Muxtarova yazıb ki, onun barədə haqqı qoyub nahaqqı danışanlar öz bəlalarını tapacaqlar:
“SUSUN qeyrətdən, namusdan danışıb, təhqir yazanlar. Gedin, nəslinizi, kökünüzü qabağınıza qoyub müzakirə edin. Boş boğazlar, bəsdirin məndən danışdınız. Mən boyda daş düşsün başınıza. Şükür bu günümə, savadım, övladım, ruzim! Siz nə etmisiniz bu həyatda? Tək başıma əziyyət çəkib balamı, ailəmi saxlayıram, heç kimin qabağında əyilməmişəm! Qəlbimi Allah bilir və qarşılığını da alıram. Siz danışın, söyn, təhqir edin, promlem yoxdur. Siz belə etikcə Humay daha da güclənir. Kim mənim haqqımı qoyub nahaqqımı danışırsa Allah min qat bəlasını versin!. Verəcək də. Həyat bumeranqdır, hər bir şey, böhtanın bu dünyada cavabı mütləq var”.
Qeyd edək ki, teleaparıcı həmçinin verdiyi müsahibəyə düzgün başlıq qoymayan jurnalistlər barəsində də danışıb.


