Çin televiziyasında yenilik — Robot xəbər aparıcısı olacaq
“Ölkə.Az” xəbər verir ki, süni intellektlə təchiz edilmiş robot xəbər spikeri kimi veriliş aparacaq.
Muxtar vilayətin paytaxtı Nanninqdə yayımlanan “Nanning TV” yeni spiker robot haqqında məlumat verib. Məlumata əsasən, robotun çəkisi 29 kq, boyu isə 121 sm-dir. Robot 6 iyun tarixində ilk efirinə çıxacaq. Robot “Çao Nıng Şiaobay” yəni “super kiçik ağ” adlandırılıb. Danışmağı və rəqs etməyi bacaran robot 4 saatlıq batareya ilə 12 saata qədər hərəkət edə bilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22


