Cinemaplus öpüşmək üçün axırıncı sıralara bilet alanlara xəbərdarlıq etdi – FOTO
Son günlər gənclər arasında kinoteatrlara marağın artması təsadüf deyil. Xüsusilə gənc sevgililər arxa oturacaqlara daha çox üstünlük verirlər. Çünki əsl film işıqlar sönən kimi elə burada – arxa sıralarda başlayır…
Öpüş səsləri altında film izləmək bir çox tamaşaçıları narahat etsə də, buna öyrəşənlər də az deyil. Bir neçə yeniyetmə gəncə görə müştərilərini itirmək istəməyən kinoteatr rəhbərliyi filmlərin nümayiş edildiyi zalları nəzarətdə saxlasa da, “Cinemaplus” daha maraqlı həll yolu tapıb və vəziyyəti öz lehinə çevirməyi bacarıb.
Minval.info saytı xəbər verir ki, kinoteatrın instagram səhifəsində paylaşılan post istifadəçilərin marağına səbəb olub və təbəssümlə qarşılanıb. Həmin fotonu təqdim edirik.
Fərid Özay / Minval.info

XƏBƏR LENTİ
2025/11/19 14:22

