Çingiz Özgür karantini Elçibəyin kəndində keçirməsindən danışdı

“Gün ərzində ya bir dəfə, ya da ümumiyyətlə bayıra çıxmırdıq”

Jurnalist Çingiz Özgür koronavirus səbəbindən iki aydan çoxdur ki, Naxçıvanın Ordubad rayonundan Bakıya qayıda bilmir. Ç.Özgürlə mərhum prezident Əbülfəz Elçibəyin doğma kəndi sayılan Kələkinin son durumu, əhalinin ümumi vəziyyəti, virusdan necə qorunduqları ilə bağlı danışdıq.

Ç.Özgür virusdan qorunmaq üçün ən uyğun şəraitin kənd həyatında olduğunu qeyd etdi:

“Martın 29-na dönüş olmalı idi. Amma ayın 24-dən sonra gördük ki, vəziyyət çox kəskinləşir. Şəhərlə əlaqəmiz qalırdı. İstəsəydik, hansısa formada bəlkə də gələ bilərdik. Düşündüm ki, bu dövr üçün bura daha uyğun olar. Çünki ən azından həyət-baca var, kənd yeridir. Digər tərəfdən, uşaqların hamısı ilə bir yerdəyik. Gedib orada karantində qalmaq təbii ki, daha çətin idi. Bunun nə qədər sürəcəyini bilmirdik. Ona görə qayıtmağı düşünmədik. Karantinin sərt dövrünə öyrəşməyə çalışdıq. Amma kənd yeri elədir ki, onsuzda burada sosial məsafə qorunur. Gün ərzində ya bir dəfə, ya da ümumiyyətlə, bayıra çıxmırdıq. Kənd həyatında qanunlara uymağa çalışdıq. İndi yumşalma dövründən, o cümlədən, təbiətin gözəlləşməsindən sonra artıq evdə oturmaq mümkün deyil. Bayıra çıxmağa icazə də var. İndi daha yaxşıdır”.

Ç.Özgür “nə vaxt qayıdacaqsınız” sualımızı belə cavablandırdı:

“Yayı uşaqlar hər zaman kənddə keçirirlər. Burada qalmaq üçün şəraitimiz də var.  Düşünürəm ki, iyunun 8-dən sonra reyslər açılsa, buna uyğun qərar vermək mümkündür. Yaşlı adamlar var ki, qışda gedib, martın sonlarında bura qayıdırlar. Bakıdan bura gəlməsi vacib olan adamlar var. Eyni zamanda, Bakıya getməli olan insanlar da az deyil.  Ayın 8-dən sonra günə bir reys buradan Bakıya getsə, ajiotaj ola bilər. Getmək və gəlmək istəyən  kifayət qədər çoxdur. Bir reysdə 150-200 nəfər gedə bilər. Ayın 8-dən sonraya planlarımı quracam və ondan sonrakı vəziyyətə uyğun düşünəcəm”.

Müsahibimiz Naxçıvan kəndlərində ciddi tədbirlərin görüldüyünü xüsusi vurğuladı:

“Buraya martın sonlarında Türkiyəyə işləmək üçün gedən adamlar qayıdıb gəldilər. Təbii ki, təkcə bizim kəndə yox, Naxçıvanın ərazilərinin hər birinə gələnlər oldu. O adamlar gələndən sonra bəzi hallar müşahidə olundu. Bəziləri istilik, qızdırma ilə gəlmişdi. Başqa vaxtı belə hallara fikir verilmirdi. Amma bu dəfə hər şeyə fikir verildi. O adamlar evlərində karantinə götürüldü. Hər gün onlara kənd həkimləri baş çəkirdilər. Onların hər birinə xüsusi nəzarət olunurdu ki, bayıra çıxmasınlar. Bir müddətdən sonra xəstəliyin olmadığı məlum oldu və bundan sonra kəndimiz, eləcə də, digər kəndlər rahatlaşdı. Azərbaycanın demək olar ki, əksər kəndləri ilə bizim kəndin ümumi durumu oxşarlıq təşkil edir. Məsələn, kafelər yoxdur. Qalan hər şey əvvəlki kimidir, qaydasındadır. Camaat öz iş-gücündədir. Təbii ki, bir az iqtisadi sıxıntılar var. İşlə bağlı sıxıntılar müşahidə edilir. Kənd adamlar Türkiyə, Rusiya və başqa yerlərdə işləməyə gedirdilər. İndi ora gedənlər işsiz qalıblar, üstəlik geri də dönə bilmirlər. Burdakılar da heç yerə çıxa bilmirlər. Belə məsələlər var və bu da tək Kələkinin deyil, bütün ölkənin problemidir”.

Ç.Özgür yaz fəsli olmasına baxmayaraq, Kələkidə qışı da yaşayıb, o cümlədən, hazırda yayın istiliyini yaşamaqdadır:

“Gəldiyimiz ilk vaxtlar qar yağdı. Sonra yazı da yaşadıq. İndi də birdən-birə havalar çox isti olur. Bir növ yayı xatırladır. Naxçıvanın işıq və qaz problemləri ciddi şəkildə həll olunub. Bunu danmaq olmaz. Ən ucqar kənddə belə qaz var. Külək filan olmasa, hər zaman işıq olub. Bu baxımdan üç fərqli fəsli normal yaşaya bildik. Evdə qaz yanır, işıq və internet var, telefonlar qaydasındadır. Ordubada təbiət çox şeylər bəxş edib. Əkin-biçinlə camaat daim məşğul olub”.

Müsahibə

Nəşr edilib: 2020/06/01 13:31

Baxış:153


XƏBƏR LENTİ

2020/07/14 23:09

2020/07/14 21:31

2020/07/14 21:11

2020/06/01 13:31

2020/07/14 21:06

2020/07/14 19:58

2020/07/14 17:40

2020/07/14 17:36

2020/07/14 16:08

2020/07/14 16:07

2020/07/14 15:50

2020/07/14 12:39

2020/07/14 12:25

2020/07/14 10:45

2020/07/14 9:07

2020/07/14 8:02

2020/07/13 18:47

2020/07/13 18:44

2020/07/13 18:42

2020/07/13 18:29

2020/07/13 16:30

2020/07/13 16:19

2020/07/13 15:40

2020/07/13 15:04

2020/07/13 14:59

2020/07/13 14:36

2020/07/13 13:33

2020/07/13 13:00

2020/07/13 11:26

2020/07/13 10:34

2020/07/13 9:41

2020/07/13 9:36

2020/07/13 9:28

2020/07/13 0:44

2020/07/13 0:42

2020/07/13 0:38

2020/07/12 16:57

2020/07/12 14:09

2020/07/12 12:48

2020/07/12 12:45

2020/07/12 12:43

2020/07/12 12:40

2020/07/12 12:40

2020/07/12 12:39

2020/07/12 12:37

2020/07/12 12:36

2020/07/12 12:34

2020/07/12 12:33

2020/07/12 12:29

2020/07/12 12:11