Çinlə ticarət müharibəsinin bitdiyi deyilsə də, Tramp hələ “Huawei”i tam bağışlamayıb
ABŞ prezidenti Donald Trampın Yaponiyanın Osaka şəhərində keçirilən G-20 zirvəsinin gedişində ÇXR-in prezidenti Si Tzipinlə danışıqlarının yekunu nəticəsində müvəqqəti olaraq Çin malları üzərində sanksiyaları qaldırması, ölkəinin ən böyük texnoloji şirkətlərindən biri sayılan “Huawei” şirkətini bağışlamaq anlamına gəlmir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki,bu barədə Milli İqtisadi Şuranın rəhbəri Lourens Kudlou “Fox News” kanalına müsahibəsində bildirib.
Proqramda L.Kudloudan “Huawei” şirkətinə Donald Tramp tərəfindən ləğv edilən sanksiyaların yenidən bərpasına yönəlik Florida ştatının senatoru Marko Rubio və digər nüfuzlu respublikaçıların hərəkətə keçməsi barədə soruşulub.
“Mən onların ABŞ-ın milli təhlükəsizliyinin qayğısına qalmalarını yüksək qiymətləndirirəm. Prezident həmin şəxslərin fikirlərini paylaşır. Ona görə də bu, “Huawei” üçün tam amnistiya anlamına gəlməməlidir”-deyə dövlət rəsmisi söyləyib.
Onun sözlərinə görə, ABŞ Ticarət nazirliyi müvəqqəti olaraq yalnız ümumi təyinatlı əmtəələrin tədarükünə əlavə lisenziyalar verib. Məsələn, ABŞ-da bir sıra mikroprosessor istehsal edən şirkətlərin bəzi kateqoriyadan olan məhsullarına qeyri-məhdud sayda digər ölkələrdə də tapmaq olar.
“Biz belə hallaırn ABŞ-ın milli təhlükəsizliyinə xələl gətirəcəyini düşünmürük”, -deyə L. Kudlou əlavə edib.
Xatırladaq ki, ABŞ lideri bu ilin may ayını 15-də “Birləşmiş Ştatların informasiya-kommunikasiya infrastrukturunun müdafiəsi üçün fövqaladə vəziyyətin tətbiq edilməsi barədə” fərman imzalamışdı. Buna uyğun olaraq ABŞTicarət nazirliyi mayın 17-də “Huawei” şirkətinin ölkənin milli təhlükəsizliyinə təhdid törətməsi səbəbini irəli sürərək onu “qara siyahı”ya salmışdı.

