Cırtdan ölkənin nəhəng oğulları – Oyunda bir gözəl məqam vardı…

lixtenşteyn azərbaycan 1 0 ile ilgili görsel sonucu6 iyun 21 yaşlılardan ibarət futbol üzrə milli komandamız üçün əlamətdar oldu. Onlar pulsuz gedib, Lixtenşteyni gəzib, dolanıb, vətənə döndülər. Şəxsən mənim üçün bahalı hədiyyə odur ki, kimsə xarici ölkəyə aparsın və xərclərimi qarşılasın. Yəqin, bilirsiniz, bilet, otel, yemək baha. Futbolçu gənclərimiz üçün isə bütün bunlar pulsuzdur. Türklər demişkən “bedava”. Burada kiçik incəlik var. Səhv etmirəmsə, xaricə göndərəndə, AFFA-da deyirlər ki, qalib olun, gəlin.

Bəli, düz başa düşdünüz, bu gənclər futbolçudurlar və xaricdə futbol oynamaq üçün gedirlər, gəzirlər. Həm ziyarət, həm ticarət məsəli. Deməli, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib. Sağ olsunlar, tarixi təkrarladılar. Necə ki, əsas millimiz 21 il əvvəl Vadutsda Lixtenşteyni sevindirmişdi. İndi də gənclərimiz oxşar nəticəni təkrar etdi. Səfərdə Lixtenşteyn yığması ilə qarşılaşan komandamız məğlub olub – 0:1.

Bu səfəri hamımız münasib qarşıladıq, ona gorə ki, cırtdan ölkə Lixtenşteyn həm gözəldir, həm də zəif rəqibdir, rahatlıqla qalib gələ bilərik. Arzumuz arzu olaraq qaldı. Çox uzatmayacağam, elə 10-cu dəqiqə də qapımıza qol vuruldu. Sonra da top oyana-buyana gedib-gəldi. Oyunda bir gözəl məqam gördüm o da ki, Lixtenşteyn milli komandasının qadın həkimi… Heyif, oyunu ekrandan izləyirdim, orada olsaydım, heç olmasa, xanımın instaqram profilini alardım vətənə də əli boş qayıtmazdım. Sözün düzü fasilə zamanı futbolçuların biri ilə əlaqə yaradıb, xahiş edərdim ki, o qızın instaqram profilini alın. Sonra düşündum ki, bunlar rəqibdən topu güclə alır. Nə isə…

Beləliklə, oyun 1:0 hesabı ilə cırtdan ölkənin nəhəng oğullarının hesabı ilə başa çatdı. Ümid edirəm, bizim futbolçular Bakıda bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxarlar.

Keçək böyüklərə. Rəsmi desək, əsas milli komandamıza, axı, sabah ayın 8-i, Avro-2020-nin seçmə mərhələsində macarlarla oyuna çıxırlar. Milli komanda oyuna çıxsa da, heç elə bil, milli komanda oyuna çıxmırmış kimi ab-hava hökm sürür. Milli komanda baş tacıdır, milli komanda oyuna Azərbaycan bayrağı ilə çıxır və himni oxuyur. Bundan şərəfli nə ola bilər axı? Bunların hamısını milli komanda özündə cəmləşdirir.

Milli komandanın futbolçuları mart ayında Litva ilə oyundan sonra ifadə səsləndirdilər ki, “biz 10 günün komandasıyıq, bizi başa düşün”. Olsun, artıq siz 10 günün deyil, 3 ayın komandasısınız, lakin ümumi götürəndə müstəqillik dönəmindən götürsək, 28 ilin millisisiniz.

Bu illər ərzində az sevinib, çox ağlamışıq. Ağlamaqdan gözümüzün yaşı quruyub. Azərkeşlər çox sakit görünür. “Ay qardaş qınamaq olmur e, bir neçə ay əvvəl ümid vardı ki, Bakıda bunlardan xal alaq, elə ki, bu Puşkaşın həm yerliləri Xorvatları sözün əsl mənasında uddu bax ona qol-qanadımız sındı” Xorvatiyani udanla nə söhbət edək? Kimi çağıraq? Belə 30-a yaxın futbolçu çağırmışıq. Görək, nə olur?! Özü də Macarıstan elə yığmadır ki, bunlar rəqibin ağına-qarasına baxmır, əllərinə şans düşən kimi qol vururlar, qol acıdırlar. Bəzi yığmalar var ki, 3-4 top vurandan sonra sakitləşirlər, bunlar yox e, qol vurduqca, cuşa gəlir. Elə bil, dünyanın axırıdır. Vay o gündən, oyuna başlayan kimi, qol buraxaq heç nə Litvaya qol vura bilməmişiksə, bunlara haradan vuraq? Ofsaytdan? Rəqib imkan versə, gedib, çıxarıq qapısı tərəfə, inşallah.

Qayıdaq yaxın keçmişə:

1996 0:3
1997 3:1
1998 0:4
1999 3:0
2011 2:0

Bu illərdə, bu hesablar ilə səxavətli və qonaqpərvər olmuşuq. Sabah nə olacağıq, onu bilmirəm, amma mübarizə aparıb qalib olsaq, yerinə düşər. Məncə, Xorvatiya və Litva oyununda verilən mükafatlar indiyə qədər bitər. Artıq böyük məbləğ deyildi, ona görə də, qalib olsalar, bu tərəfdən də xeyirli olar. Bundan xeyirlisi azərkeşlərdir ki, onlara Ramazan hədiyyəsi bağışlamış olarlar bizim futbolçular.

Çoxdandır, üzümüz gülmür, görəsən, sabah ənənəvi olaraq ağlamayacağıq ki?

 

Ağa Dadaşzadə / Minval.info

İdman

Nəşr edilib: 2019/06/07 14:54

Baxış: 244


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06