ÇL-in növbəti 3 finalı bu şəhərlərdə keçiriləcək
Çempionlar Liqasının növbəti üç mövsümünün final oyunlarını qəbul edəcək stadionlar açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib.
Qərara əsasən, 2021-ci ildə ÇL-in finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki “Zenit” stadionunda baş tutacaq. Növbəti mövsümün finalı Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da keçiriləcək.
2023-cü ildəki finalın qalibi isə İngiltərə “Uembli” stadionunda bəlli olacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

