ÇL: Son turun ən yaxşı oyunçusu və qolu adına namizədlər açıqlandı
UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – VI turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.
“Minval.info” xəbər verir ki, ən yaxşı futbolçu adına Neymar (PSJ, Fransa), Joau Feliş (“Atletiko”, İspaniya), Qabriel Jesus (“Mançester Siti”, İngiltərə) və Arkadiuş Milik (“Napoli”, İtaliya) namizəddir.
Ən yaxşı qol üçün səs verməyə Ussem Auar (“Lion”, “Fransa”), Dani Olmo (“Dinamo”, Xorvatiya), Felipe Monteyro (“Atletiko”, İspaniya) və Məhəmməd Salahın (“Liverpul”, İngiltərə) vurduğu qollar çıxarılıb.
Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

