Əcnəbi vətəndaşın pulunu və mobil telefonunu alıb qaçan şəxs tutuldu
Minval.info xəbər verir ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş saat 3 radələrində Z.Əliyeva küçəsində naməlum şəxsin onun içərisində 200 manatı və mobil telefonu olan çantasını açıq talama yolu ilə aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb və cinayət əməlini törədən şəxsin kimliyi müəyyən edilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini A.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22


