Conni Depp: “Arvadım toydan 1 ay sonra mənə İlon Maskla xəyanət etdi”
“Ölkə.Az” xəbər verir ki, Conni bu yaxınlarda keçmiş arvadını yalan danışmaqda ittiham edərək bir neçə milyon dollar təzminat tələb edib. Depp iddia edir ki, Ember nikahda olduğu dövrdə ona xəyanət edib.
Conni bəyan edir ki, Herdlə toylarından bir ay sonra xəyanətlə üzləşib. Ember “Tesla” şirkətinin rəhbəri İlon Maskla görüşməyə başlayıb. Aktyorun sözlərinə əsasən, çəkilişlərdə olduğu vaxtda Mask onun həyat yoldaşı ilə gizlin görüşüb. Bundan başqa Ember bəyan edib ki, İlon cütlüyün Los-Ancelesdəki evində məlum gecə vaxtı da olub. Həmin gecə Ember bəyan edib ki, Depp onu döyür və buna görə də polisə müraciət edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22


