Corc Mayklın yaşadığı dəbdəbəli malikanə satışa çıxarıldı – FOTO
Dünya pop musiqisinin əfsanəsi, müğənni Corc Mayklın yaşadığı dəbdəbəli malikanə satışa çıxarılıb.
Oxu.Az “Hello Magazin”-ə istinadən xəbər verir ki, sənətçiyə məxsus olan Kaliforniyadaki lüks villaya 5.9 milyon dollar qiymət qoyulub.
Təbiətin gözəl guşələrindən olan Santa-Barbara təpələrində yerləşən malikanənin ərazisi 20 min kvm-dən çox ərazini tutur. İkimərtəbəli evin sahəsi 450 kvm-dir. Villanın 5 geniş yataq, 6 vanna və mətbəx daxil böyük qonaq otağı var.
Cah-calallı malikanədə geniş hovuz, tennis kortu, sauna və 25 avtomobil üçün dayanacaq da mövcuddur.
Qeyd edək ki, dünya şöhrətli britaniyalı müğənni Corc Maykl 2016-cı il dekabrın 26-da, 53 yaşında dünyasını dəyişib. Polislər pop ulduzun ölümündə heç bir şübhəli hal aşkar etməyiblər.

XƏBƏR LENTİ
2025/11/19 14:22

