COVID-19 təhlükəsinin azalması fonunda neft bahalaşır
Epidemioloji təhlükənin azalması fonunda dünya bazarlarında neft bahalaşır.
Minval.info “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08.48-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,68% bahalaşaraq, 1 bareli 73,72 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti də 0,94% artaraq, 1 bareli 70,61 ABŞ dolları təşkil edib.
Treyderlər “Omikron” ştamı ilə bağlı təhlükədən başqa, ABŞ və İran arasında nüvə enerjisinə dair müqavilənin imzalanması ehtimallarına da xüsusi diqqət ayırırlar.
XƏBƏR LENTİ
2025/11/19 14:22

