Çoxlarımızın tanımadığı dünyanın ən bombardir futbolçusu – FOTO
Alman bir ata və qaradərili bir ananın övladı olaraq 1892-ci ildə Braziliyanın San-Paulu şəhərində dünyaya gələn Artur Frendernix 26 illik kariyerası boyunca keçirdiyi 1229 oyunda 1329 qol vuraraq futbol tarixinin ən bombardir futbolçusu kimi tarixə düşdü.
Futbol oynadığı dövr irqçiliyin, ayrımçılığın geniş yayıldığı illərə təsadüf edirdi. Futbola alman miqrantlarının qurduğu “Germania” klubunda başlayan Artur Frendernix həyatı boyunca irqçi hücumlara məruz qalır, anasından keçən qarabuğdayı dərisinə görə təyziqlər görürdü.
Minval.info xəbər verir ki, digər futbolçulardan əvvəl soyunma otağına gedərək irqçi təhqirlərdən yayınmağa çalışan Artur Frendernix “Santos”, “Flaminqo”, “San-Paulu” kimi ölkənin nüfuzlu klublarında çıxış etdiyi dövrdə artıq qaradərili oyunçuların da futbola adaptasiya olmasında mühüm rol oynadı.
Oynadığı dövr futbolun kommersiya baxımından hələ tam formalaşmadığı zamanlar olduğundan 26 illik kariyerası boyunca tək qazancı sadəcə “San-Paulu” klubunun evini təmir etdirməsi olur. Futbol tarixində ən çox qol vurmuş futbolçu deyəndə ağla ilk gələn ad həmyerlisi Pele olsa da o, Peledən 50 qol daha çox qol vurmağı bacarıb.
Təsadüf deyil ki, 1969-cu ildə dünyasını dəyişdiyi zaman digər ulduz həmyerlisi Pelenin ulduzunun parladığı dövr idi. Braziliyada futbolun təkcə ağdərililər arasında deyil, həmdə qaradərili vətəndaşlar arasında oynana biləcəyini sübut edən Artur Frendernixin hələ uzun müddət “dünya bombardiri” titulunu qoruyacağı şübhə doğurmur.
Nazim
Minval.info


