“Çukur”dakı məşhur mahnının ifaçısının Bakı konserti ləğv edildi
Türkiyənin məşhur “Çukur” serialında səsləndirilən “Həyəcanı yox” adlı mahnının ifaçısı, 45-ci “Altın Kelebek”də “Ən yaxşı musiqi” nominasiyası üzrə qalib olan Anıl Acarın (Gazapizm) Azərbaycan konserti ləğv edilib.
Bununla bağlı bilet satışını həyata keçirən “İTicket” müştərilərə mesaj yollayıb.
Mesajda qeyd edilir ki, fevralın 23-nə Bakının məşhur klublarının birində planlaşdırılan solo konsert texniki səbəblərdən ləğv edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

