Dərbənddə terrorçunun öldürülmə anı – VİDEO

Bir neçə gün əvvəl Dağıstanda həyata keçirilmiş anti-terror əməliyyatının həvəskar görüntüsü yayılıb
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, “Liveleak” portalında yayılan görüntüdə Dərbənddə İŞİD qruplaşmasının liderinə beyət etmiş terrorçunun zərərsizləşdirildiyi an əksini tapır.
Kadrlarda evə sığınmış terrorçunun əlində İŞİD-in bayrağını tutduğunu görmək olur. Bir an sonra zirehli texnika evin divarını dağıdaraq terrorçunu dağıntılar altına qoyur. Ardınca isə həmin yerdə ard-arda bir neçə partlayış baş verir.
Ümumilikdə Dağıstanda ötən həftə keçirilən anti-terror əməliyyatında 11 terrorçu zərərsizləşdirilib. Onların may ayında müxtəlif şəhərlərdə diversiya və terror hücumları törətməyi planlaşdırdığı bildirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

