Daha bir həkim koronavirusdan vəfat etdi – FOTO

Lənkəran Mərkəzi Xəstəxanasının həkim-otorinolarinqoloqu vəfat edib.
Minval.info xəbər verir ki, həkim Şəlalə Əmənullayev 55 yaşında koronavirusdan vəfat edib.
Qeyd edək ki, Şəlalə Əmənullayeva Yevlaxın Xaldan kəndində anadan olub. 1984-cü ildə Xaldan kənd orta məktəbini, 1990-cı ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1997-ci ildən otorinolarinqoloq işləyib. Burun, boğaz,qulaq xəstəlikləri üzrə geniş spektrli cərrahi əməliyyatlar aparıb. Lənkəran Tibb Kollecində “Cərrahi xəstəliklər otorinolarinqologiyanln əsasları ilə” fənnini tədris edirdi.
Allah rəhmət etsin!

XƏBƏR LENTİ
2025/11/19 14:22

