Daha bir intihar xəbəri
Şabran rayonunda 27 yaşlı oğlan intihar edib.
Minval.info-nun “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qəndov kəndində baş verib.
Kənd sakini 1991-ci il təvəllüdlü Gündüz Vaqif oğlu Seyidov yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

