Daha bir meyxanaçı həbs edildi – Foto
Tərtərdə sakinlərin narazılığına və etirazına səbəb olmuş, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən şəxs saxlanılıb.
Minval.info xəbər verir ki, rayonun polis şöbəsinin əməkdaşları tərəfindən Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli yaxalanıb.
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.

![]()
XƏBƏR LENTİ
2025/11/19 14:22

