Daha bir ölkə kriptovalyutaların istifadəsinə icazə verdi

Laos hökuməti ölkə ərazisində kriptovalyutaların hasilatı və ticarətinə icazə verib.
Minval.info oxu.az-a istinadən bildirir ki, rəqəmsal pulların tətbiqi sınaq xarakteri daşıyır və yalnız altı şirkəti əhatə edir.
Bunlardan dördü tikinti şirkəti, digərləri isə JDB dövlət bankı və IT-şirkətidir.
Hazırda Laosda kriptovalyutaların tətbiqi qaydalarının hazırlanması üzərində iş gedir. Sənədin sentyabrın 16-17-də müzakirəyə çıxarılacağı bildirilir.
Qeyd edək ki, bir müddət öncə, Salvador hakimiyyəti ölkədə kriptovalyutaları tam olaraq leqallaşdırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

