Daha bir şəhərdə “patı” satanlar tutuldu

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Minval.info-ya verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakinləri Taleh Osmanlı, Rəsul Hüseynov və Eldar Məmmədov saxlanılıblar.
Onların üzərinə keçirilən baxış zamanı psixotrop maddə – metamfetamin (patı), heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

