Damla “Mən razı” üçün müxtəlif obrazlarda – Video
Daima öz mahnı seçimi və ifası ilə dinləyicilərinin rəğbətini qazanan müğənni Damla yeni klipini təqdim edib.
Minval.info xəbər verir ki, sənətçi bu dəfə “Mən razı” mahnısı üçün kamera qarşısına keçib. Sözügedən layihənin rejissorluğunu Xəyal Hüseyn öz üzərinə götürüb. Çəkilişlər meşədə aparılıb.
Sözü və musiqisi Ülvu Qurbanova aid mahnı üçün sənətçi müxtəlif obrazlarda kamera qarşısına keçib. Damla klipdə gah “qırmızı papaq”, gah da “Camdaki Kız” obrazlarında olub.
Yeni klip artıq Damlanın rəsmi yutub kanalında yayımlanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

