“Damla əxlaqsızdır…üç min manata…” – Müğənnidən şok sözlər – FOTO, VİDEO
Minval.info xəbər verir ki, İradə Mehri Damlanın bu hərəkətinə çox qəzəblənib və onu təhqir edib. Özünün “instagram” hesabında Damla haqqında paylaşımlar edən Mehri, qarşı tərəfin bu addımını əxlaqsızlıq adlandırıb:
“Həmin mahnını üç min manata almışam. Elə əxlaqsız insanların mənim mahnımı oxumağını istəmirəm. Faktlar, sübutlar gətirərəm ki, o insan çox əxlaqsızdır. Pul verib mahnı almışam, oxumuşam, “partlatmışam”. Bu sənətə kiminsə mahnısıyla gəlməmişəm. Mahnını sənətə yeni başlayan insan oxusaydı, halallıq verərdim. Sən bu qədər acizsənmi, imkansızsanmı? Hörmətsiz insan mənim mahnımı oxuya bilməz”.
İ.Mehri sözügedən mahnının Damlanın ifasında daha çox sevilməsinə də münasibət bildirib: “Düz deyirsiniz, onun ifasında sevildi. Sizə əxlaqsız lazımdırsa, ona qulaq asın. Mənim izləyicilərim özümə bəs edir”.
Qeyd edək ki, “Sevmişdim” adlı mahnının ilk ifaçısı İradə Mehridir.




