Daun sindromlu gənc corab satışından 1.4 milyon dollar pul qazanıb

21 yaşlı Daun sindromlu gənc Gon Kronin və atası Mark Kronin “John`s Crazy Socks” şirkətinin yaradıcılarıdırlar.

Minval.İnfo xəbər verir ki, Jon bütün həyatı boyu mübarizə apardığı xəstəliyin ona dünyaya xoşbəxtlik yaymaqda maneə olmadığını deyib.

O, orta məktəbi bitirdikdən sonra əyləncəli bizneslə məşğul olmaq istəyib və atası ilə birlikdə baxdıqları filmdən ruhlanaraq şirkət qurmağı planlaşdırıb.

“İlk olaraq bu yemək karavanı olacaqdı. Lakin problem onda idi ki, bizim heç birimiz yemək bişirə bilmirdik. Sonra mən gülməli və əyləncəli corablar hazırlamaq qərarına gəldim. Çünki bütün ömrüm boyu belə corablar geyinmişəm” deyən Gon, corab sifarişi verənlərə qutuda şirniyyat və təşəkkür məktubları da göndərməyi unutmur, hətta İrlandiyadan gələn sifarişləri şəxsi özü çatdırır.

John`s Crazy Socks ile ilgili görsel sonucu

O, atası ilə birlikdə işlədiyi online mağazasında 1500 müxtəlif corab satışından birinci ili 1.4 milyon dollar gəlir əldə edib. Onların kiçik mağazasında 12 satıcıdan 8-i fiziki məhdudiyyətli şəxslərdir.

Gon öz gəlirlərinin 5 faizini Paraolimpiya Komitəsinə bağışlayır. Bundan əlavə, Gon həm də xeyriyyəçiliyə xərclənən pulun artırılması üçün xüsusi corablar hazırlayır.

“Biz xoşbəxtliyi dünyaya corablarla yayırıq. Özümüzü tamamilə öz xəyallarımıza həsr etmişik və ikimiz də bilirik ki, bir-birimizə ehtiyacımız var. Mən bunu Gonsuz bacarmazdım. Biz xoşbəxtik və onu corablarla yaymağa çalışırıq” deyən Mark, şirkəti böyütmək niyyətində olduğunu bildirib.

Nərmin

Minval.İnfo

Dünya

Nəşr edilib: 2018/01/16 13:54

Baxış: 442


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06