“DÇ-2018”: Argentinanın baş məşqçisi ilə bağlı qərar verildi

Argentina Futbol Assosasiyası millinin baş məşqçisi Xorxe Sampaoli ilə bağlı qərar verib.
Minval.İnfo Fanat.Az-a istinadən xəbər verir ki, mütəxəssis Xorvatiya ilə görüşdə qeydə alınan böyükhesablı məğlubiyyətə (0:3) baxmayaraq, hələlik postunda qalacaq.
O, mundial bitdikdən sonra istefaya göndəriləcək. Sampaolinin yığma ilə 5 illik müqaviləsi var. Müqavilə müddətini tamamlamadan qovulması halında, onun 20 milyon dollar təzminat alacağı bildirilir
XƏBƏR LENTİ
2025/11/19 14:22

