DÇ-2022: Bu gün millimizin rəqibləri müəyyənləşəcək

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq.

İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

FİFA reytinqində dünyanın 109-cusu, Avropanın 44-cüsü olan Azərbaycan yığması 5-ci səbətdə qərarlaşıb. Püşk UEFA üzvü olan 55 ölkənin yığmalarını beşində 6, beşində 5 komanda olmaqla 10 qrupa böləcək. Bu isə o deməkdir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 6 komandalı qrupa düşməsə, özündən reytinqcə üstün yığmalara rəqib olacaq.

1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;

2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;

3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;

4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;

5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;

6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.

Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə pley-offda iştirak edəcəklər. Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart – noyabr aylarında keçiriləcək.

Qruplarını lider kimi tamamlayan 10 komanda DÇ-2022-yə birbaşa qatılacaq. Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə pley-off matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.

Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı pley-off matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.

İdman

Nəşr edilib: 2020/12/07 11:14

Baxış: 73


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06