Denis Suares “Barselona”ya qayıtmaq istəmir
Qış fasiləsində icarə əsasında “Barselona”dan “Arsenal”a keçən Denis Suares Kataloniya klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi şəxsi “İnstaqram” hesabında bunu təkzib edib: “Əla əhval-ruhiyyədə məşqlərə qayıtmışam. Qoy, nə istəyirlər, danışsınlar”.
Qeyd edək ki, bir müddət öncə Britaniya mətbuatı Unai Emerinin Suaresdən narazı olduğunu və mövsümün sonunda onu geri qaytaracağını yazıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

