Deputat oğlu saatda 200 km sürətlə qəzaya düşdü – ər-arvadı öldürdü
Rusiyanın Çelyabinsk vilayətində Kunaşaksk rayonundan seçilən deputat İlfat İmanqulovun oğlu iki nəfəri avtomobili ilə vuraraq öldürüb.
Minval.info baku.ws-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Deputatın oğlu Ruslan İmanqulov avtomobili yüksək sürətlə – saatda 200 km sürətlə idarə edirmiş. Anidən qarşısına çıxan iti vurmamaq üçün maşını döndərib və idarəetməni itirərək piyada keçidindəki qadınla kişini vurub. Hər iki şəxs hadisə yerindəcə ölüb.
Ölənlərin ər-arvad olduğu bildirilir. O, rayon rəhbərinin keçmiş sürücüsü olub. Aprel ayında işdən çıxıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

