Deputatlığa namizədlərin sayı açıqlanıb
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, hazırda 1345 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

