Di Maria qarət edildi
Dünən keçirilən PSJ – “Nant” oyunu zamanı Anxel Di Marianın yaşadığı ev qarət olunub.
Fanat.Az “RMC Sport”a istinadən xəbər verir ki, soyğuçular cinayəti argentinalı yarımmüdafiəçinin ailə üzvləri evdə olarkən törədib və qiymətli əşyalar aparıb.
Mənbə Anxelin bu oyun zamanı evi qarət edilən yeganə futbolçu olmadığını, Paris təmsilçisinin adı dəqiqləşdirilməyən daha bir oyunçusunun da eyni aqibəti yaşadığını bildirib.
Qeyd edək ki, PSJ Liqa 1-in son turunda gözlənilmədən “Nant”a 1:2 hesabıyla uduzub. Di Maria matçın 62-ci dəqiqəsində əvəzlənib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

