Dieqo Simeone və 4 futbolçu koronavirusa yoluxub
İspaniyanın “Atletiko” (Madrid) klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Minval.info Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Dieqo Simeone və 4 futbolçusu – Antuan Qrizmann, Koke, Ander Errera və Jaou Felişin COVID-19 testləri müsbət çıxıb.
Sözügedən şəxslər şəxsi evlərində karantinə alınıblar. Onların xəstəliyi simptomsuz keçirdikləri bildirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

