“Kazbek” meyxanasını oxuyan şəxs yaxalandı – DİN-dən əməliyyat – Təfərrüat

Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının (“Kazbek”) videogörüntüsü yayılıb.

Bu haqda Minval.info-ya Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, məsələ ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub.

DİN rəhbərliyinin tapşırığına əsasən bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.

Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.

Xatırladaq ki, bir müddətdir “Kazbekə şey basım zırranım” fon mahnısı ilə qadınlı kişili xeyli insan “Tik-tok” proqramı vasitəsilə video hazırlayaraq sosial mediada paylaşım edirlər. Son zamanlar bunun trendə çevrilməsi böyük narazılığa gətirib çıxarıb. Sözügedən mahnının hətta toy məclislərində də səslənməsi məsələnin daha ciddiləşməsinə səbəb olub.

Mövzu ilə əlaqəli məqalə:

Deputat “Kazbek” mahnısına görə nazir və baş prokurora müraciət etdi: “Nadan sürüsü…” – Video

Gündəm

Nəşr edilib: 2019/04/01 16:15

Baxış: 3172


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06