Dindarlar buna görə Seyyid Talehi yıxıb-sürüdü… – VİDEO
Dini məclislərdə oxuduğu ilahi nəğmələri və mərsiyələri ilə məşhurlaşan Seyyid Taleh Boradigahi yenidən gündəm mövzusuna çevrilib.
Minval.info bildirir ki, kişi məddahlar adətən, kişilərin toplaşdığı məclislərdə iştirak edir. Bu dəfə isə Seyid Taleh qadınların olduğu məclisə qatılıb. O, müğənni Nazəninin qardaşının yas məclisində mərsiyə oxuyub.
Talehin qadınların cəmləşdiyi mərasimdə çıxış etməsi dindarların narahatlığına səbəb olub. Onların bəziləri məddahın bu addımını ələ salıb, bəziləri isə nə deyəcəyini bilməyib. Eyni zamanda ilk dəfə belə halla qarşılaşdığını söyləyənlər də olub. Dindarlar habelə məddahın artıq şou-biznesə qatıldığını, hətta bir az irəli gedərək onun əqli cəhətdən çatışmazlığı olduğunu bildiriblər.
Xatırladaq ki, Seyid Taleh dini cameədə tez-tez qalmaqallı çıxışları ilə tanınan biridir. O, dəfələrlə tənqid hədəfinə tuş gəlib, lakin deyilənlərin heç birini qəbul etməyib.
İşin maraqlı tərəfi isə yerli ilahiyyatçılar mövzu ilə əlaqədar mövqeyini bildirməyib. Ümumiyyətlə, Seyid Talehi yalnız siravi dindarlar tənqid edir və bir müddət sonra oxşar hallar ortaya çıxır.
Minval.info

