DİQQƏT! Bu yol bağlanır
Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bəzi yollarda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Minval.info-ya verilən məlumata görə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq bu gün saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq. Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

