Direktorların işə qəbulu üzrə vakant yerlərin sayı açıqlanıb
Direktorların işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayı açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, direktorların işə qəbulu üzrə müsabiqəyə 472 vakant yer çıxarılıb.
Qeyd edək ki, avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

