DJ Roşka: “Günay mahnımı oxumadı ki, yuxarıdan icazə vermirlər”
“3-4 il öncə Damla ilə işbirliyimiz olub, Türkiyədə də klip çəkdirmişik. Amma artıq nə Damla, nə Şəbnəm, nə Türkanla iş görmək istəyirəm. Onların məşhurluğundan istifadə edib, yanaşmaq istəmirəm. Şəbnəm xanım da, Damla da mənə işbirliyi üçün müraciət edib. Şəbnəm xanım hətta məndən küsüb. Amma heç biri ilə razılaşmamışam”.
Bu sözləri musavat.com saytına açıqlamasında DJ Roşka deyib. O, mahnısını oxumaqdan imtina edən müğənnilərdən də söhbət açıb: “Aygün Kazımovaya mahnı təqdim etdim, istəmədi. Amma gün gələcək Aygün xanım mənimlə çalışmaq istəyəcək. Günay İbrahimlinin oxuduğu “O kimdir ki” mahnısını ilk xalq artistinə təklif etmişdim. Dedi ki, mənim tərzim deyil. Aygün Kazımovanın əslində o qədər baxış sayı yoxdur. Bu yaxınlarda da Günay məndən mahnı istədi, göndərdim, bəyəndi. Sonra dedi ki, yuxarıdan icazə vermədilər, oxumadım. Gözəl mahnı idi”.
Roşka trenddə olan mahnılardan da söhbət açıb: “O mahnılara Bakıdan o tərəfdə qulaq asırlar. Bakıdakılar səhər işinə gedir, daha səviyyəli müğənnilərə qulaq asırlar. Trenddə olan vaynerlərə, birincilərə rayon camaatı qulaq asır. Onlar Şəbnəmi, Damlanı sevir. Kimsə deyirsə ki, trenddə olmaq istəmirəm, yalan deyil”.


