Donald Tramp BMT Baş Assambleyasında pərt oldu – Video
ABŞ Prezidenti Donald Trampın çıxışı BMT Baş Assambleyasının iclas zalında gülüş doğurub.
Minval.info xəbər verir ki, D.Tramp Ağ evdə işə başlayarkən ABŞ-da vəziyyətin necə olduğundan danışıb və özünün fəaliyyətdə olduğu dövrlə müqayisə edib. O bildirib ki, iki il ərzində əvvəlki prezidentlərdən daha çox iş görüb. Donald Tramp bu sözlərindən sonra sürprizlə qarşılaşıb.
ABŞ prezidentinin çıxışından sonra zalda əyləşənlər D.Trampın nitqinə gülüşlə reaksiya veriblər.
O, belə reaksiyanı gözləmədiyini, amma bunu normal qəbul etdiyini deyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

