Dörd milyonluq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
Dörd milyon manata yaxın dələduzluqda təqsirləndirilən “Azfen” Birgə Müəssisəsinin rəhbəri Qarayev Nicat Maarif oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.
Qeyd edək ki, Nicat Qarayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə 17 nəfər zərərçəkən şəxs qismində tanınıb.
İş üzrə ümumilikdə 4 milyon manata yaxın maddi ziyan var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

