Dostu ilə birgə dənizdə boğulan gənc BDU-nun tələbəsi olub – TƏFƏRRÜAT
Xəzər dənizinin Sumqayıt hissəsində boğulan 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi olub.
Minval.info bildirir ki, bu barədə Report-a BDU-dan məlumat verilib.
Hadisə zamanı, ümumilikdə, 4 nəfər boğulma təhlükəsi ilə üzləşib. 2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu və 1999-cu il təvəllüdlü Baxşızadə Hakim Hatəm oğlu boğulub. Digər iki nəfər isə xilas edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

